Yaxşı bizim kimimiz var? 100 minlik ordusu ilə gündə bəyanat verib, lakin əməldə real addımlar atmayan Pakistan və daxili-xarici problemlər içində üzən Türkiyə.
Azərbaycan hazırda bütün dünyaya qarşı tək mübarizə aparır. Azərbaycana dost deyənləri yalnız bir iş maraqlandırır: Neft və Qaz.
Bizi də güclü edən təbii sərvlətlərimizdir. Məhz bu amil Azərbaycanın güclü dövlətlərə qarşı yeganə Silahıdır. Bizim də ən ağrılı yerimiz Qarabağdır. Biz çox yazırıq torpaqlar niyə azad edilmir. Lakin aprel hadisələrindən sonra rəsmilərin etirafı göstərdi ki, bizim ordumuz və silahlarımız ermənini üç günə torpaqlardan qova bilər, lakin Rusiyanı yox. Rusiya Gürcüstanla müharibə zamanı göstərdi ki, onun ordusu bir günə paytaxta gəlib çata bilər. Bəs biz nə etməliyik?
Mərhum Heydər Əliyevin prezidentliyi dövründə erməni tərəf Qarabağ ətrafı 5 rayonu qaytarmağa razı idilər. Onlar DQ-a muxtar statusa da razı olmuşdular. O zaman mərhum Əliyev qətiyyətlə bunun mümkün olmayacağını və işğal olunan bütün rayonların geri qaytarılmasın tələb etdi. O zaman hələ Azərbaycan diplomatiyası və ordusu zəif olsa da Heydər Əliyev faktoru öz sözün dedi. Bütün böyük dövlətlər Ermənistanı işğalçı kimi tanıdı və məhz Heydər Əliyevin sayəsində mümkün oldu. Bu gün də Prezident İlham Əliyev danışıqlar zamanı birmənalı mövqe tutub. Şuşa və Laçın olmasa biz Qarabağ məsələsində heç bir təklifə açıq deyilik. Status da verməyə hazırıq, amma Şuşa və Laçın mütləq bizə qayıtmalıdır.
Bəs biz Şuşa və Laçını necə qaytaracağıq? Hərb yolla olsa bizim üçün daha xoş. Lakin hərb yol seçim deyilsə danışıqlar stolu. Bu zaman isə söz sahibi lobbisi və çəkisi güclü olan dövlət olacaq. Rusiya bizi istəmir, eləcədə digərlər. Bizim ümidimiz isə yalnız İsrailə gəlir. İsrail lobbisi, siyasəti və yəhudi maliyyəsi danışıqlar masasında biz tərəfdə olsa demək bizim sözümüz keçəcək. Bəs bu gün biz Qüds Fələstinindir deyib, İsraili dansaq sabah danışıqlar masasında İsrail bizə nə deyəcək? Deməyəcək ki, Qüds məsələsində yanımda olmadın, xeyir ola biz Şuşa məsələsində sizə yardım edək? Ərəblərin özləri bir-birilərilə dil tapa bilmirlər, bizə necə dəstək olacaqlar?
Mərhum Heydər Əliyev bir dəfə yüksək vəzifəli xarici diplomatlarla görüş zamanı ona yəhudi əsilli bir diplomat Şuşa məscidindən daş hədiyyə etdi. Mərhum Prezidentin gözləri doldu və əlləri əsə-əsə o daşı dəsmala büküb yanında saxladı. Bu bir mesaj idi. Şuşa məsələsində bütün Yəhudi dünyası Azərbaycanın yanında olacaq.
Bu gün bizim üçün Qarabağın azadlığı çox önəmlidir. Siyasətdə bizim çəkimiz o qədər də güclü deyil nəhənglərin qarşısında. Amma İsrailin varıdır. İsrailin lobbisi və maddi gücə malik siyasətçiləri var. Biz tərəfimizi bəlli etməliyik və bu tərəfdə güclü İsraildir. Silah baha satmır qoyaq satsın, biznes maraqları var qoyun olsun, onlara xidmət edən siyasətçilər var qoyun olsun. Təki sabah Şuşa və Laçın məsələsi gündəmə gələndə Rusiya və Amerikanın qarşısında tərəfimizdə dursun. Bizim gücümüz onlara çatmasa da İsrailinki çatacaq.