Jurnalistin nəyə görə, «Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini nəzarətdə saxlayır?» sualına isə Serj Sərkisyan Ermənistanın regionda sülhsevər dövlət olması və Dağlıq Qarabağda sülh yaratmaqda maraqlı olduğu cavabını verib.
Serj Sərkisyanın Ermənistanın regionda sülhə nail olmaq istəyi olması kimi fikir səsləndirməsindən sonra çex jurnalist Ermənistanda Rusiyanın hərbi bazasının yerləşdirilməsini xatırladaraq və bu bazanın regionda sülhə hesablandığı barədə sual verib. Serj Sərkisyan isə Rusiya bazasının Ermənistanın təhlükəsizliyi məqsədilə yaradıldığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl də Ermənistan prezidenti Serj Sərkisyan Praqada çexiyalı həmkarı Miloş Zemanla görüşündən sonra mətbuat konfransında da çətin anlar yaşamışdı.
Mətbuat konfransında jurnalistlər Ermənistanın Gömrük İttifaqına girmək istəyində niyə belə tələskənlik göstərilməsi barədə suallar veriblər. Həm də iddia ediblər ki, Gömrük İttifaqına təşəbbüs qaldırmış Rusiya Ermənistanın sərhəd rayonlarında gedən atışmanı guya yetərincə laqeydliklə izləyir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olduğu halda Azərbaycana çağdaş silahlar satır.
Sərkisyan isə buna cavab olaraq bildirib ki, bu qərar ölkənin milli maraqları əsasında verilib, ona görə də qərarı mümkün olduqca tez gerçəkləşdirmək lazımdır.