Vaxt.Az

İnstitutda korrupsiya


 

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan elmi mərkəzdə soyğunçuluq törədilib

İnstitutda korrupsiya Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxslərin adı hallanan korrupsiya faktları ilə bağlı Baş Prokurorluq açıqlama yayıb. Məlumatda deyilir ki, elmi mərkəzdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14.0 min manat məbləğində əmək haqqının hesablanması, işçilərə əsassız olaraq 34.3 min manat məbləğində əmək haqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində artıq əmək haqqının ödənilməsi, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat, dərman preparatları üçün 61.3 min manat, nəqliyyat vasitələrinə yanacaq adıyla 5.1 min manat məbləğ institutun hesabından silinib. Bütün bunlar yanaşı digər qanun pozuntularına yol vermələrində də əsaslı şübhələr var. Baş Prokurorluqda adıçəkilən faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
 





04.02.2014    çap et  çap et