Vaxt.Az

««Azadinform» bağlanmayıb, amma...»


 

Niyaz Niftiyev: «İşçilərdən bir-ikisi gedib, gələnlər də var»

««Azadinform» bağlanmayıb, amma...» Qəzetimizin ötən saylarında xəbər vermişdik ki, son günlər hökumət mediasında ilginc proseslər baş verir. Buna misal kimi «Paritet» qəzetinin və azadinform.az saytının öz fəaliyyətini müvəqqəti dayandırmasını yazmışdıq.Azadinform.az saytının redaktoru Niyaz Niftiyev isə «Yeni Müsavat»a açıqlamasında dedi ki, sayt öz fəaliyyətini dayandırmayıb. Sadəcə, kollektivdə dəyişiklik olub: «Bütün agentliklər və qəzetlərdə olduğu kimi gedib-gələnlər olub. Bizdə də gedənlər də olub, gələnlər də. İnformasiya agentliyinin saytı hər gün səhər 9-dan gecə 12-yə qədər yenilənir, işləyir».
N.Niftiyev dedi ki, bəzi müxbirlərin agentlikdən getməsi isə onların özlərindən asılı olub: «Başqa yerdə yüksək əmək haqqı olduğu üçün gedənlər olub. Bütün işlərdə olduğu kimi bir-iki nəfər gedib. Əlavə gələnlər də var. 3 nəfər müxtəlif agentliklərə gedib. Biri ümumiyyətlə rayona qayıdıb. 3 nəfər də əlavə işçi götürmüşük. Yanvardan yeni iş sistemi quracağıq. Yeniliklər olacaq».
 





03.01.2013    çap et  çap et