1. Problemin nizamlanmasının hüquqi çərçivəsini mümkün olan bütün platformalarda bir daha aydın və konkret şəkildə təsbit etmək, əlavə manevr və yayınmalara yer qoymamaq;
2. Prezidentlərin 2016-cı ilin aprelindən sonra keçirilən görüşlərində (Vyana, Sankt-Peterburq, Cenevrə) əldə olunan və Azərbaycan tərəfinin həvəssiz şəkildə razılıq verib, sonradan icra etməyə tələsmədiyi məsələləri həyata keçirmək.
Münaqişənin siyasi yolla həllinin hüquqi çərçivəsi Madrid prinsiplərində (2007, 2009) və həmsədr ölkə prezidentlərinin bu prinsiplər əsasında 2009-cu il Akvila (İtaliya) və 2010-cu il Muskoka (Kanada) bəyanatlarında əksini tapıb. Azərbaycan da buna razılığını verib və 2009-cu ilin dekabrındakı ATƏT xarici işlər nazirlərinin Afina görüşündə imzasını atıb. Burada beynəlxalq hüququn 3 əsas prinsipi əsasında həldən söhbət gedir: güc tətbiq etməmək; ərazi bütövlüyü; öz müqəddəratını təyinetmə.
Bu prinsiplər həmsədr ölkə xarici işlər nazirlərinin ötən həftə Vyanada verdikləri birgə bəyanatda bir daha təsbit olundu. Ondan əvvəl isə Ermənistanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Belarusda keçirilən zirvə toplantısında qəbul olunan bəyanatda əksini tapdı. Yəni məlum çərçivə bir daha qalın xətlərlə cızıldı, bundan kənara çıxış imkanı olmadığı Azərbaycanın nəzərinə çatdırıldı. KTMT bəyanatında xüsusilə vurğulandı ki, ATƏT-in Minsk qrupu Qarabağ ixtilafının həllində beynəlxalq mandata malik yeganə strukturdur, yəni başqa təşkilatlar və dövlətlər bu məsələyə qarışa bilməz.
Yuxarıda qeyd etdiyim 2-ci bənd üzrə də irəliləyiş var. Söhbət təmas xəttindəki hadisələrin, lokal toqquşmaların qarşısını alacaq tədbirlərdən, mexanizmlərdən gedir. Azərbaycan bunu istəmir(di.) Lavrov ötən həftə bəyan etdi ki, Anjey Kasprşikin ofisi genişləndiriləcək, yəni təmas xəttində monitorinq aparacaq ATƏT müşahidəçilərinin sayı artırılacaq. Yəqin nəzarət xarakterli bu addımların davamı da gələcək. Məqsəd Azərbaycan ordusunun təmas xəttində işğalçını narahat etməsinə son qoymaq və sülhməramlılar gələnə qədər orada situasiyanı donduraraq yuxarıda qeyd olunan prinsiplər əsasında məsələnin həllinə başlamaqdır.
Heç nə lehimizə deyil.