Vaxt.Az

«Deyərdim ki, fövqəladə hadisədir»


 

Rusiya XİN-in keçmiş müavini: «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər»

«Deyərdim ki, fövqəladə hadisədir» Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar. Virtualaz.org xəbər verir ki, bunu «Exo Moskvı» radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.

«Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir», - o qeyd edib.

Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər», - Kunadze əlavə edib.

Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.

 





13.12.2017    çap et  çap et