Vaxt.Az

Dünyanın gözü FED-də


 

AMB dekabrda dollar satışında rekorda yaxınlaşa bilər

Dünyanın gözü FED-də Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25 faiz artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin - bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik. Qərarın Azərbaycana birbaşa təsiri yoxdur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizdən də yan keçməyəcək.

Məsələn, dekabr ayı Azərbaycan Mərkəzi Bankının (AMB) ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac keçirilib: 5 dekabr - 34 milyon 200 min, 7 dekabr - 55 milyon 050 min, 12 dekabr - 75 milyon 950 min dollar satılıb. Yəni ölkədə dollara tələbat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var - 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara tələbat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir.

Manata, hələ ki, ciddi təhlükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq.

Bu il bizdə neft hasilatı 6 faiz azalıb, amma qiyməti 35 faizə yaxın artıb, buna görə də hökumət rahat davranır. Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.

2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq...

 





13.12.2017    çap et  çap et