Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib. «Trend»in məlumatına görə, universitetin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib.Onların zəhərləndiyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.
Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənənlərin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
çap et