Vaxt.Az

«Kapitan icazə vermədi»


 

Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu

«Kapitan icazə vermədi» Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakıda məcburi eniş etmiş Mumbay-London reysi sərnişinlərinin ittihamlarına cavab verilib. Xatırladaq ki, «British Airways» şirkətinin təyyarəsi ilə uçmuş sərnişinlər xarici KİV-ə verdikləri müsahibədə Bakı aeroportunda rastlaşdıqları laqeyd münasibətdən şikayətləniblər.

Virtualaz.org-un xahişi ilə baş verənləri şərh edərkən Heydər Əliyev Beynəlxalq aeroportunda bildiriblər ki, beynəlxalq təcrübəyə əsasən, reyslərin ləngiməsi və ya qəzalı enişlər zamanı aeroportlara xidmətlər haqda sifarişlər yalnız aviaşirkətlər, indiki halda British Airways tərəfindən, edilir.

«Bakıda məcburi enişdən dərhal sonra Heydər Əliyev Beynəlxalq aeroportu reysin sərnişinlərinə xidmətlərin bütün spektrini - isti qidalanmadan mehmanxanada yerləşdirməyə qədər, göstərmək üçün hazır idi. Beləliklə, sərnişinlərin Bakı aeroportunun tranzit zonasında yerləşdirilməsi haqqında qərar «British Airways» aviaşirkəti tərəfindən qəbul edilmişdi, yükü boşaltmağa da Britaniya aviaşirkətinin kapitanı icazə vermədi», - deyə aeroportun mətbuat xidmətindən qeyd ediblər.

Bundan başqa, AZAL Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi qabaqcadan Azərbaycanın Xarici İşlər Nazirliyi, Heydər Əliyev Beynəlxalq aeroportunun rəhbərliyi isə Böyük Britaniya səfirliyinin konsulluğu ilə «British Airways» şirkətinin müraciət edəcəyi təqdirdə reysin sərnişinlərinin mehmanxanada yerləşdiriləcəyi barədə danışıqlar aparmışdılar. Ancaq aviaşirkət tərəfindən belə müraciət edilməyib. O da maraqlıdır ki, «British Airways» təyyarəsinin ekipajı özü Bakı mehmanxanalarından birində qalmağa qərar verib.

«Sərnişinlərə yalnız sendviç və səhər yeməyinin verilməsi haqda sorğu da, həmçinin Britaniya aviaşirkətinin təşəbbüs ilə edilmişdi», - deyə xəbərdə vurğulanıb.

 





14.12.2017    çap et  çap et