VAXT.AZ BFB-yə istinadən xəbər verir ki, hərracda uzun fasilədən sonra AMB-nin notlarına tələb təklifdən az olub.
Belə ki, qurum 300 milyon manatlıq not satmaq istəsə də, verilmiş sifarişlərin məbləği 147 milyon manatdan bir qədər çox olub. Başqa sözlə, notların təxminən yarısını yerləşdirmək mümkün olmayıb.