Maliyyə Bazarlarına Nəzarət Palatasının dövlət qeydiyyatına aldığı emissiya prospektinə əsasən, satışa hər birinin nominal dəyəri 2,72 manat olan 3 676 471 ədəd yeni adi, adlı, sənədsiz səhm çıxarılacaq.
İnvestorların qiymətli kağızlara abunə yazılmaq üçün dekabrın 22-nə qədər vaxtı var və bundan sonra onlar kütləvi təklif üsulu ilə «Bakı Fond Birjası»nda yerləşdiriləcək. «Unibank»ın mövcud səhmdarlarının bu prosesdə üstünlük hüququ tanınır.
Kapital artımının anderrayteri «Unicapital» investisiya şirkətidir. Səhmlərin hamısı satılsa, Bankın nizamnamə kapitalı 8,4 faiz artaraq 119 686 326,72 manatdan 129 686 327,84 manata yüksələcək.