Məsələn, AMB bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının kredit portfelinin 11 732 milyon manat olduğunu bəyan edib. MBNP isə həmin tarixə açıqladığı icmalda bankların müştərilərə verdiyi kreditlərin 11 707,5 milyon manat olduğunu göstərib. Yəni, arada 24,5 milyon manatlıq fərq var.
Başqa bir misal, AMB oktyabrın sonuna olan vəziyyətə görə, əhalinin banklardakı əmanətinin 7 280,116 milyon manat olduğunu bildirib. MBNP-nin həmin tarixə aid icmalında isə fiziki şəxslərin banklardakı depozitləri 7 250,2 milyon manat göstərilir. Göründüyü kimi, fərq təxminən 30 milyon manatdır.