Vaxt.Az

«Bu bir fürsətdir»


 

İsraildən Qüds sammitinə qatılmayan Səudiyyə vəliəhdinə dəvət

«Bu bir fürsətdir» Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İsrailə dəvət olunub. APA TV-nin Səudiyyə Ərəbistanının «Elaph» saytına istinadən məlumatına görə, dəvət İsrailin kəşfiyyat naziri Yizrael Katz tərəfindən göndərilib.

Səudiyyə mətbuatına müsahibə verən Katz Ər-Riyadın İsrail-Fələstin danışıqlarında vasitəçilik etməsindən məmnunluq duyacaqlarını deyib. O, Səudiyyə krallığını ərəb dünyasının və regionun lider dövləti adlandırıb: «ABŞ yeni bir sülh planı təklif edib, amma detalları bizə deməyiblər. Bölgədə stabillik yaradacaq bir plan olduğunu söylədilər. Məncə, bu, Səudiyyənin fəallığını artırması üçün fürsətdir».

O, Səudiyyə rəhbərliyinə baş nazir Benyamin Netanyahunu Ər-Riyada dəvət etmələrini də məsləhət görüb.

Xatırladaq ki, krallıq İsrailin müstəqilliyini tanımayıb. Amma  Səudiyyə Ərəbistanı və İran arasında davam edən gərginliyin daha da artması Təl-Əvivi Ər-Riyadın yanında yer almağa məcbur edib. Çünki Səudiyyə kimi, İsrailin də İranla münasibətləri gərgindir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən sammitində Səudiyyə Ərəbistanı nazir müavini səviyyəsində təmsil olunub.

 





14.12.2017    çap et  çap et