Lakin Şimal dənizində mühüm neft kəmərlərindən birinin fəaliyyətini bir neçə həftəlik dayandırması neftin yenidən bahalaşmasına səbəb olub. Forties Pipeline System kəmərinin bağlanması qiymətlərin bahalaşmasını dəstəkləyir. Hazırda «Brent» markalı neftin bir bareli 62,78 dollardan satılır, Qərbi Texas nefti isə 56,66 dollara təklif olunur. İki marka arasında qiymət fərqinin 6 dollardan artıq olması bazarda qiymətlərin OPEK razılaşmasına əsasən formalaşdığını göstərir.
Bu gün Beynəlxalq Enerji Agentliyi neft bazarında son duruma dair aylıq hesabatı açıqlayacaq. Bundan başqa Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini artırmaq qərarının neft bazarına təsirini izləmək lazım gələcək. Yaxın Şərqdə gərginliyin səngiməsi və proqnozlaşdırılan səviyyəyə çatmaması neftin birja həftəsini 62-63 dollar aralığında bitirəcəyini göstərir.