Vaxt.Az

«Ehtiyac yaranarsa, rus əsgərini çağırarıq»


 

Türkiyə ilə Rusiya arasında «S-400» razılaşması bu həftə imzalana bilər

«Ehtiyac yaranarsa, rus əsgərini çağırarıq» Bu həftə «S-400» zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə ilə Rusiya arasında razılaşma imzalana bilər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bununla bağlı heç bir problem yoxdur.

«Kreditləşmə ilə bağlı razılıq əldə olunub. Detallar tamamlandıqdan sonra razılıq bəlkə bu həftə ərzində imzalandı», - Çavuşoğlu bildirib.

««S-400» raketdən müdafiə sisteminin istifadə mexanizminə gəlincə, buna ehtiyac duyulursa Rusiya hərbçilərini çağıra bilərik. Bu texniki məsələdir və Rusiya əsgərinin Türkiyə ərazisinə daxil olması anlamına gəlmir».

Qeyd edək ki, ilkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd «S-400» alacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək.

Digər tərəfdən Rusiya Türkiyəyə satacağı «S-400»lərin istifadə mexanizmini özündə saxlayacağı barədə şərt qoyub.

 





14.12.2017    çap et  çap et