Vaxt.Az

Ukrayna Krım Tatarları üçün radio açır


 

«Tatar dilini yaxşı bilən aparıcı və diktorları işə götürüləcək»

Ukrayna Krım Tatarları üçün radio açır Ukrayna Krım tatarlarının dilində xəbərlərin radio vasitəsilə yayımına başlamağı planlaşdırır. Dövlət radio şirkətinin baş prodüsseri Dmitro Xorkin deyib ki, gələn ildən müntəzəm yayımlara başlanacaq.

«Milliyyəti, dini və siyasi baxışlarına görə təqiblərlə üzləşən bu xalq öz dilində radio verilişləri dinləyə biləcəklər», o bildirib.

Rusiya qoşunları Ukraynanın Krım yarımadasını 2014-cü ildə, Kremlpərəst prezident Viktor Yanukoviç devrildikən sonra tutub.

Əhalinin 12 faizini təşkil edən müsəlman Krım tatarları Ukrayna hakimiyyəti altında mədəni muxtariyyətə malik idi. Ancaq Rusiya onların Məclisini «ekstremist təşkilat» kimi qadağan edib.

Cənab Xorkin deyib ki, Ukrayna radiosu son üç ildir ki, Krıma rus dilində xəbərlər yayımlayırdı, indi isə «tatar dilini yaxşı bilən aparıcı və diktorları» işə götürmək istəyir. O, tatar dilinin qorunmalı və yayılmalı olduğunu bildirib.

Krımdakı Rusiya hakimiyyəti hələ ki, Ukrayna Radiosunun bəyanatına cavab verməyib.

Ancaq kommunikasiyaya məsul yerli rəsmi Dmitri Poklonski Sputnik saytına deyib ki, Krıma yalnız Rusiya televiziyası və radiosu yayımlanacaq - «bütün dövlətlər öz ərazilərini və informasiya məkanını müdafiə etmək üçün tədbirlər görməlidir», o deyib.

 





14.12.2017    çap et  çap et