İlin əvvəlində dəyəri min dollar ikən hazırda 16 min dollara qalxan virtual pul «Bitcoin» son vaxtlar dünyada ən çox danışılan mövzulardan biridir.
Onu bəziləri «virtual qızıl» da adlandırır.
Bəzi sərmayədarlar, iqtisadçılar və dövlət adamları «Bitcoin» və onun arxasında olan «blockchain» (blok zənciri) texnologiyasını müdafiə edir, amma bunu sərt tənqid edən və etibarsız sistem sayanlar da var.
BBC-nin «Newsnight» proqramına danışan Endryü Beyli də deyib ki, bu virtual valyutanın arxasında nə mərkəzi banklar, nə də hökumətlər var. Buna görə də bu valyutanın etibarlı olması şübhəlidir, o bildirib.
Endryü Beyli «Bitcoin»i qumara bənzədib və deyib ki, o da qumar kimi eyni riski daşıyır.
Bu həftə içində Türkiyənin iqtisadiyyat məsələləri üzrə nazir müşaviri Mehmet Şimşək də deyib ki, «Bitcoin»in dəyəri anidən qalxdığı kimi anidən də enə bilər.
Amerika Mərkəzi Bankının rəhbəri Canet Yellen də bu günlərdə «Bitcoin»in «xeyli spekulyar» olduğunu bəyan edib (BBC).