Vaxt.Az

Kiprdə Kremlə bağlı «boğazyağlayan» fondlar


 

Axıdılan pullar Putin və ətrafının qaranlıq maliyyə əməliyyatlarında istifadə olunub

Kiprdə Kremlə bağlı «boğazyağlayan» fondlar Yunan Kiprində fəaliyyət göstərən, adı korrupsiya əməllərində hallanan FBME bankında açılan «yağlama fondları» şəbəkəsinin ifşası Kremlə yaxın adamların Rusiyada kimyəvi silah istehsalı proqramı və hətta İŞİD terror təşkilatı ilə bağlantılarını ortaya çıxarıb.

Bununla bağlı ABŞ-ın «BuzzFeed» saytındakı Aleks Kembel və Tom Uorrenin imzası ilə araşdırma yazısı dərc olunub.

Yazıda FBME Bank-ın (Federal Bank of the Middle East) Putinə yaxın şəxslərin, habelə Rusiyanın mafiya strukturlarından gələn yüz milyonlarla pulun yuyulmasındakı rolundan bəhs edilir.

Hazırkı dövrdə «FBME» bankı ABŞ Maliyyə nazirliyinin idarəsi sayılan Maliyyə Cinayətləri ilə mübarizə şəbəkəsi (FinCEN adı ilə daha çox tanınır) tərəfindən ABŞ-ın maliyyə sistemindən kənarlaşdırılıb. Maliyyə nazirliyi «bu obyektin cinayət dünyasının ən qaranlıq nöqtələrindən qeyri-qanuni yollarla vəsait cəlb etməklə pulların yuyulması ilə məşğul olduğunu» bəyan edib.

Bankın sahibləri livanlı Fadi və Fərid Saab qardaşlarıdır. Bunlar 90-cı illərdə Moskvada filial açaraq rusiyalı varlı müştərilərə xidmət göstərməyə başlayıblar. Yüksək etibarlılığa malik mənbələrin bildirdiyinə görə, bankın ofisi Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə doldurulub.

FinCEN FBME-ni maliyyə sistemindən 2014-cü ilin iyulunda xaric edib. 3 ay sonra isə Maliyyə nazirliyi Rusiya və Suriya vətəndaşı İssa Əl Zeydi adlı bir şəxsə sanksiyalar tətbiq edib Adı çəkilən şəxs «Scientific Studies and Research Center» adı altında fəaliyyət göstərən və Bəşər Əsədin kimyəvi silahlarının proqramını idarə edən firmanın saxta nümayəndəsi imiş.

Əl Zeydi həmçinin «FBME»-də xüsusi hesabı olan «Balec» şirkətinə də rəhbərlik edib.

2013-2014-cü illərdə «Balec» şəbəkəyə daxil olan «Hesco» adlı bir şirkətlə 9,5 milyon dollarlıq müqavilə imzalayıb. Sonuncu şirkətin sahibi Əsəd rejiminin İŞİD-dən neft alması ilə bağlı işlərdə vasitəçi olub. Bu pullar terror təşkilatının maliyyə vəsaiti ,Əsəd rejimini isə qanlı vətəndaş müharibəsi zamanı yanacaqla təmin edib.

«Şəbəkədə fəaliyyət göstərən saxta şirkətlərdən biri də «Maribo» firmasıdır. Bu firma Rusiya Maliyyə nazirliyinə Rusiya və Suriya arasında borcun silinməsi üçün 3.6 milyon dollar ödəmə göndərib.

Bankın hoqqaları bununla da bitmir.

Məqalədə amerikalı maliyyəçi Uilyam Brauderin rəhbərik etdiyi «Hermitage» firması tərəfindən ödənilən 230 milyon dolları dövlət qulluqçularının təşkil etdiyi mütəşəkkil cinayətkar dəstənin oğurlayaraq bankın hesablarına köçürdüyü məlum olub. Yazıda bu pulun hazırda da həmin mütəşəkkil cinayətkar qrup tərəfindən idarə olunduğu bildirilir. Xatırladaq ki, «Hermitage» firması ilə əlaqədar məşhur «Maqnitski işi» indi də Rusiyanın başını ağrıdır.

Sənədlərdə oğurlanan pullardan 22 milyon dollarlıq məbləğin Dmitri Klyuyev («Hermitage Capital Management» işində əsas fiqurant hesab olunan, habelə dövlətdən oğurlanan vergi pullarının xaricə axıdılmasında vasitəçilik rolunu oynadığı və hətta rəhbərlik etdiyi iddia edilən rusiyalı sahibkardır-red.) tərəfindən nəzarət edilən iki hesaba köçürülüb. Bundan əlavə, oğurlanan vergi pullarından 2,25 milyon dollar Əl-Zeydinin «Balec» firmasına ödənilib.

Məqalədə Kiprin Mərkəzi bankının da bankla apardığı auditor yoxlamasında «FBME»-nin rusiyalı qüdrətli müştərilərin maraqları naminə olduqca qaranlıq biznes yürütdüyünü aşkar etdiyi yazılıb.

«Ən yeni dəlillər bankın Vladimir Smirnov adlı şəxsin offşor hesablarını da idarə etdiyini göstərib. Alman kəşiyyatının məlumatlarına görə, bu adam Sankt-Peterburqda fəaliyyət göstərən mafioz qrupların pullarının yuyulmasında şübhəli bilinir».

Vladimir Smirnov «Ozero» adlı korporativi təsis edən adamdır. Həmin şirkətdəki 7 payçıdan biri də Rusiyanın indiki prezidenti Vladimir Putin olub.

Smirnov daha sonra atom sənayesində ixracatla məşğul olan «Texnabekport» dövlət şirkətinə rəhbərlik edib.

Bu adamın adı rusiyalı mühacir, sonradan radioaktiv maddə ilə qətlə yetirilən Aleksandr Litvinenko işində də hallanır. («Texnabeksport» Litvinenkonu öldürən Polonium-210 maddəsinin satışının inhisarçıdır)

Kipr Mərkəzi Bankı «FBME» bankını Smirnov tərəfidən yatırılan pulları qanuni yolla əldə edib-etməməsini lazımi qaydada yoxlamamaqda günahlandırır.

Bankın ən yağlı müştərilərindən biri də rusiyalı milyarder biznesmen Mixail Proxorovdur. Proxorov prezidentliyə namizəd olduğu dövrdə «FBME»-də 23 hesabı olub. Bu hesabların hamısı onun Vircin adalarındakı firmaları üçün açılıbmış. Yazıda Proxorovun bu firmaların direktoru olaraq göstərdiyi adamların əslində saxta isimlər olduğunun aşkara çıxdığı qeyd edilib.

Vladimir Putinə də yaxın olan Proxorovun bu hesablar vasitəsilə qaranlıq adamlara məxsus on milyonlarla dolların tranzaksiyasını həyata keçirdiyi iddia olunur.

 





15.12.2017    çap et  çap et