Vaxt.Az

11 tapança, 12 daraq və kokain...


 

Ankarada adı açıqlanmayan azərbaycanlıya aid lüks BMW-də nələr tapılmadı ki ...

11 tapança, 12 daraq və kokain... Ankarada növbə çəkən polis naryadı sürücüsünün hərəkətlərindən şübhələndiyi lüks BMW-ni saxlayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dekabrın 16-da gecə səhərə yaxın Ankara küçələrindən birində həmin şübhəli avtomobili saxlayan polislər axtarış zamanı çoxsaylı silah-sursat və kokain aşkar ediblər.

Avtomobilin sürücüsü E.K. adlı Azərbaycan vətəndaşıdır. Avtomobildə onun «qız arkadaşı» olduğu bildirilən T.Ö. adlı qadın da olub. Polislər tərəfindən aparılan axtarış zamanı avtomobildə «Sig Sauer» markalı 11 ədəd tapança, onlara aid 12 güllə darağı və 1 kiloqram 160 qram ağırlığında kokain tapılıb. Azərbaycan vətəndaşı və onunla birlikdə olan qadın saxlanılıb, Ankara polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə aparılıb.

Silahların avtomobildəki gizli saxlanc yerində aşkarlandığı bildirilir. Həmin saxlanc yeri avtomobilin arxa şüşə silgəcinin motoruna birləşdirilmiş xüsusi mexanizmlə açılırmış. Polis bu gizli mexanizmi axtarış zamanı aşkar edib.

 





18.12.2017    çap et  çap et