Vaxt.Az

Sosial evlərin sakinlərə təqdim olunacağı vaxt açıqlandı


 

12 binanın və 960 şagird yerlik məktəbin tikinti-quraşdırma işləri artıq başa çatıb

Sosial evlərin sakinlərə təqdim olunacağı vaxt açıqlandı Ötən il dekabrın 24-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir.

VAXT.AZ-ın APA-ya istinadən məlumatına görə, MİDA-nın direktoru Samir Nuriyev bildirib ki, 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir.

Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.

 





24.12.2017    çap et  çap et