Bununla da, elmdə ilk dəfə olaraq balıq yemək, yaxşı yatmaq və yüksək zəka arasında bir əlaqə aşkar edilib.
Aparılan tədqiqatda, balıqda olan Omega-3 yağ turşularının uşaqların yuxu rejimini yaxşılaşdırması və bunun da onların zəkalarına müsbət təsir etdiyi aydın olub.
Araşdırmanı həyata keçirən alimlərdən biri professor Adrian Reyn deyib: «Uşaqlara balıq yedirtmək, onlara tez yatmaqlarını deməkdən daha asan ola bilər. Balıq yemək, uşağınızın yuxu keyfiyyətini artırsa, bu gözəldir. Bu da öz növbəsində onun idrakını artırsa, daha da gözəldir. Bir güllə ilə iki dovşan».
Başqa bir alim, doktor Cenifer Pinto-Martin isə əlavə edib ki, «Balıq yeməyin orqanizmə çox faydalı olmasına dair getdikcə daha çox sübut ortaya çıxır. Uşaqlar balıqla nə qədər tez tanış olsalar, o qədər ona tez öyrəşərlər».