Vaxt.Az
Putin Navalnı ilə rəqabətdən qorxdu
Rusiya prezidentinin ötürməsini MSK «qolla» tamamladı; diktatura 1 - demokratiya 0
Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətin lideri Aleksey Navalnın prezident seçkisində iştirakına icazə verməyib. Müxalifət liderinin namizədliyini irəli sürmək üçün yaradılmış Təşəbbüs Qrupunun sənədləri dekbarın 24-də MSK-ya verilmişdi. MSK Navalnın üzərində çəkilməmiş məhkəmə hökmünün olmasını əsas gətirərək müxalifət liderinin namizədliyinin irəli sürülməsinə icazə verməyib. Ancaq bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Navalnın mart ayında keçiriləcək seçkidə iştirakının əleyhinə çıxış edərək, bunu müxalifət liderinin ölkədə inqilab etmək niyyətində olması ilə izah etmişdi. Navalnını Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə müqayisə edən Putin müxalifətin ölkədə inqilab etməsinə imkan verməyəcəklərini çox qəti şəkildə bəyan etmişdi.İndi MSK-nın Navalnın üzərində çəkilməmiş məhkəmə hökmünün
olmasını əsas gətirərək müxalifət liderinin namizədliyinin irəli sürülməsinə
icazə verməməsi isə sadəcə Putinin siyasi qərarına hüquqi don geyindirməkdən
başqa bir şey deyil. Çünki, Rusiya Federasiyasının Konstitusiyasına görə yalnız
cəzaçəkmə müəssisələrində olanlar seçkidə iştirak edə bilməz. Digər tərəfdən
Avropa İnsan Haqqları Məhkəməsi də Navalnın seçkidə iştirak hüququnun olduğu
haqqında qərar verib. Bütün bunlara baxmayaraq MSK-a saxta bəhanələrlə müxalifət
liderinin seçkidə iştirakına imkan vermədi.
Navalnı seçkini boykot edəcəklərini, bütün Rusiya boyu
etiraz aksiyası keçirəcəklərini bəyan edib. Müxalifət lideri seçiciləri tətil
etməyə də çağırıb.
Müxalifət liderinin seçkidən kənarda qalması Rusiyanı vətəndaş
müharibəsinə daha da yaxınlaşdıracaq.
25.12.2017 çap et