APA TV-nin məlumatına görə, bu markadan olan neftin son satış qiyməti 64,73 dollardır. Qərbi Texas nefti isə 58,41 dollardan alıcılara təklif olunur.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,37 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,14 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin son qiyməti isə 64,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.
Artıq Milad bayramı münasibətilə birjalarda ticarət əməliyyatları dayanıb. Mütəxəssislər neft qiymətlərinin bir müddət ciddi dəyişməyəcəyini, 64,71 dollarla 65,17 dollar arasında dəyişəcəyini bildirir. Buna səbəb Milad bayramı və Rusiyanın enerji naziri Aleksandr Novak, OPEK və OPEK üzvü olmayan bir neçə neft hasilatçısı ölkənin «istehsalı azaltma qərarından vaz keçməyəcəkləri» barədə açıqlamalarıdır.
Bu arada İraq hökuməti Bağdadın şimalındakı neft quyularının işlənməsi üçün Çinin rəsmi neft şirkəti «Zenhua Oil» ilə ilkin razılaşma əldə edib. Ərazidə istehsalın 5 il ərzində günlük 40 min barelə çatacağı hədəflənir.
Eyni zamanda Kərkükdən Türkiyənin Ceyhan limanına yeni neft boru xətti çəkilməsi nəzərdə tutulur. Mərkəzi hökumət 350 km-lik xəttin gündə 1 milyon barel neft daşıma gücünə sahib olmasının arzulandığını açıqlayıb. Yeni xətt köhnə xəttin yanı ilə çəkiləcək.