Vaxt.Az

Ağ Evdə Rusiyanın adamı var?


 

Şübhəli şəxsi «Putinin oyuncağı» adlandırdılar

Ağ Evdə Rusiyanın adamı var? İngilisdilli mətbuat ABŞ prezidenti Donald Trampın ruslarla əlaqəsinə dair yeni materialların dərcinə davam edir. «BuzzFeed» nəşri sabiq britaniyalı kəşfiyyatçının Trampla bağlı hesabatının yeni qalmaqal yaradacağını düşünür.

«Newsweek» nəşri isə öz məqaləsini «Putinin adamı Ağ Evdədir?» başlığı ilə qoyub. Nəşrin fikrincə, Ağ Evdə rusların maraqlarına xidmət edən önəmli şəxs var.

«May ayında Amerikanın milli təhlükəsizliyinə cavabdeh olan əsas şəxslərdən biri rusiyalı nazirlə görüş zamanı ona İsrailin ABŞ kəşfiyyatı ilə bölüşdüyü məxfi sənədi təqdim etdi. Bu addım kəşfiyyatın veteran agentlərini şoka salmışdı. Amerikalı məmur həbs olunmasa da, bu gün də şübhələr altındadır».

Jurnalist Ceff Steyn bu şübhəli şəxsin Donald Tramp olduğunu qeyd edir. Jurnalist məxfi materialları Trampın xarici işlər naziri Sergey Lavrov və Vaşinqtondakı rusiyalı səfir Sergey Kislyakla görüş zamanı təqdim etdiyini yazır.

«ABŞ və İsrail kəşfiyyatı bu insidenti unutmur. Onlar prezidentə məxfi sənədləri etibar edib-etməmək barədə müzakirə aparırlar», - deyə məqalədə deyilir.

«ABŞ istiblişmentində Trampın Putinin agentinə çevrilməsi barədə şübhələr var. Dekabrın 18-də CNN telekanalına müsahibə verən Hərbi Hava Qüvvələrinin general-leytenantı Ceyms Klepper Trampı Putinin oyuncağı adlandırmışdı. Onun fikrincə, «KQB»yə agent toplamış Putin Tramp kimi qiymətli kadrla necə davranmalı olduğunu yaxşı bilir.

Federal Təhqiqatlar Bürosunun keçmiş agenti Eş Ranqap isə Trampı kuratorlar üçün göydəndüşmə hədiyyə sayır.

«O tərifdən çox sevinir və öz fikirlərini həmişə sosial şəbəkələrdə yazır. Tez-tez dövlət rəhbərliyini instinktləri ilə icra etdiyini deyir».

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini Harri Brendon isə Trampı birbaşa ruslara işləməkdə ittiham edir. «Newsweek» nəşri Böyük Britaniya xüsusi xidmət orqanlarının amerikalı həmkarları ilə informasiya bölüşmədiyini və bunun sırf siyasi səbəblərdən baş verdiyini bildirib.

 





25.12.2017    çap et  çap et