Vaxt.Az

General-polkovnik yeni qərargahın və saxlancların açılışında


 

Müdafiə naziri daha bir hərbi hissədə şəxsi heyətlə görüşüb

General-polkovnik yeni qərargahın və saxlancların açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.

Hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra Müdafiə naziri burada yaradılan şəraitlə tanış olub.

General-polkovnik Zakir Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək  xidmətdə fərqlənən hərbçilərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.







 





26.12.2017    çap et  çap et