Vaxt.Az

Azərbaycanda hasilat artıb


 

Rövnəq Abdullayev illik hesabatı açıqladı

Azərbaycanda hasilat artıb "2012-ci ildə Azərbaycanda 43,9 milyon ton neft hasil olunub". Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bazar günü ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib. "İl ərzində respublikada qaz hasilatının həcmi 27,9 milyard kubmetr təşkil edib", - Abdullayev deyib.Bu il neft və qaz hasilatının həcmi müvafiq olaraq 42,9 milyon ton və 27,1 milyard kubmetr səviyyəsində gözlənilən proqnoz göstəricilərini üstələyib.
2013-cü ilin proqnozlarına görə, gələn il ölkədə 43,2 milyon ton neft və 28,8 milyard kubmetr qaz hasilatı planlaşdırılır.
Qeyd edək ki, 2011-ci ildə ölkədə 45,6 milyon ton neft və 25,7 milyard kubmetr qaz çıxarılıb.
 





03.01.2013    çap et  çap et