Vaxt.Az

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb


 

Qardaş ölkəyə mavi yanacaq satışında liderlik qonşu ölkəndədir

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb Cari ilin oktyabr ayında Türkiyə 4,137 milyard kubmetr qaz idxal edib. APA xəbər verir ki, qardaş ölkə ötən ilin analoji ayı ilə müqayisədə oktyabrda qaz idxalını 19,7 faiz artırıb. Ötən ilin oktyabr ayında qaz idxalatı 3,641 milyard kubmetr təşkil edib.

İdxalın 3,641 milyard kubmetri boru xətlərinin, 495 milyon kubmetri LNG-nin payına düşüb.

Oktyabrda Türkiyə Rusiyadan 2,178 milyard kubmetr qaz idxal edib ki, bununla da şimal qonşumuz liderliyini qoruyub.

Hesabat ayında Türkiyə İrandan 581 milyon kubmetr, Azərbaycandan 463 milyon kubmetr qaz idxal edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə 5,256 milyard kubmetr qaz ixrac edib.

Qeyd edək ki, sentyabrda Türkiyə Azərbaycandan 519 milyon kubmetr qaz alıb.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 milyard 479,87 milyon kubmetr qaz ixrac edib.

 





27.12.2017    çap et  çap et