Rəhman Zeynalov qeyd edib ki, Türkiyə mətbuatında yazıldığı kimi məhkəmə belə olmayıb. Bunlar hamısı 5 il əvvəl baş verən söhbətlərdir: «Bu 5 il bundan qabaq gedən məsələdir, o vaxt bizə şər atmışdılar. Rza hara biz hara hamısı boş söhbətlərdir. O vaxt Günel Rza Zərrabın sürücüsünə demişdiki «get patronuna de məndən əl çəksin yoxsa başına limon sıxaram» (gülür). Onu da o mənada deyib ki, yəni turşuyarsan məndən uzaq gəz».
Atası bildirib ki, Günel gələn həftə türk müğənni Gülbən Ərgənin proqramının qonağı olacaq və proqrama hazırlaşır.
«Mən özüm Türkiyə mediası ilə əlaqə saxlayıb məsələni araşdıracam nəyə görə bunu yazıblar».
Xatırladaq ki, gecə Türkiyə mətbuatında Günel Zeynalovanın eks sevgilisi Rza Zərrabı «başından güllələyərəm» sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunduğu xəbəri yayılıb. Məlumatda müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyi deyilirdi.