Vaxt.Az

Türkiyədə quldurluq edən 8 azərbaycanlı tələbə tutuldu


 

Azərbaycandan yeni gedənləri soyurlarmış ...

Türkiyədə quldurluq edən 8 azərbaycanlı tələbə tutuldu Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub. Virtualaz.org xəbər verir ki, iddiaya görə Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa gedən azərbaycanlı tələbələri soymaqla məşğul olub. Onlar Azərbaycandan universitetə təhsil almağa yeni gedənləri hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.

Banda üzvləri sonuncu dəfə azərbaycanlı tələbənin yaşadığı evə basqın edərək ona işgəncə verib, barmaqlarını qırıb. Sonra onun noutbukunu və fotoaparatını zorla alıblar. Şikayət əsasında hərəkətə keçən Kastamonu polisinin əməliyyatçıları E.E., F.A., N.A., R.A., M.Y., S.M., H.A. ve S.R. adlı tələbələri həbs edib. Onlar ilkin dindirmədən sonra məhkəməyə çıxarılıb, barələrində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 





27.12.2017    çap et  çap et