Vaxt.Az

«Mustafayevin yerini deməsəniz...»


 

Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib

«Mustafayevin yerini deməsəniz...» Peterburqda idarə etdiyi «Range Rover»lə məktəbliləri daşıyan avtobusun qarşısını kəsib sürücünü döyən və bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevin tutulması əməliyyatının təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bu səs-küylü cinayət işini nəzarətinə götürəndən sonra Peterburqun hüquq-mühafizə orqanlarının rəhbərləri qarşısında Yeni ilə qədər nə yolla olursa olsun, şübhəlini yaxalamaq vəzifəsi qoyub. Nəticədə onu tutmaq üçün həm şəhər Baş polis idarəsinin, həm müvafiq rayon polis şöbəsinin əməliyyatçıları səfərbər olunub.

Hadisədən dərhal sonra Mustafayev və onunla birlikdə avtomobildə olan, avtobus sürücüsünü beysbol dəyənəyi ilə döyən Zülfiyyə adlı qadın mobil telefonlarını söndürüblər. Ötən gün dekabrın 26-da axşama doğru məlum olub ki, Mustafayevi azərbaycanlılar gizlədir. Əvvəlcə on Kronştaddakı mənzilə aparıblar, paralel olaraq Mustafayevə «ehtiyat aerodrom» axtarıblar. Müəyyən olunub ki, ona yaxın azərbaycanlı bu və ya digər formada Mustafayevə kömək edib.

«Rosqvardiya»nın SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləri əvvəlcə Mustafayevə məxsus metal qəbulu məntəqəsinə, daha sonra onu gizlədənlərin avtomobilinə basqın ediblər. Həmin şəxslərin avtomobili izlənilib, avtomobil Kollantayda park edib və onun içərisindən Azərbaycandan olan iki nəfəri düşürüblər. Tezliklə həmin yerə daha bir xarici avtomobil yaxınlaşıb, SOBR döyüşçüləri bu avtomobildən daha dörd azərbaycanlını tutublar. Onlardan biri Mustafayev üçün tutulmuş vəkil olub. Daha sonra SOBR döyüşçüləri Mustafayevin əvvəlcə gizləndiyi mənzilə baxış keçiriblər, onu orada tapmayıblar.

 





27.12.2017    çap et  çap et