Vaxt.Az

... «Xətai» stansiyası təmirə bağlanacaq


 

«Sahil» açılandan sonra ...

... «Xətai» stansiyası təmirə bağlanacaq «Bakı Metropoliteni» QSC-nin «Xətai» stansiyası 2018-ci ildə təmirə bağlanacaq. Bu barədə açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O xatırladıb ki, «Xətai» stansiyası 1968-ci ildə istifadəyə verilib: «Stansiyada olan ekskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə «Xətai» stansiyasını təmirə bağlayaq».

N.Paşayev bildirib ki, hazırda «Sahil» satansyasında təmir işləri davam etdirilir: «Böyük ehtimalla «Sahil» stansiyası yayda istifadəyə verildikdən sonra »Xətai» stansiyasını təmirə saxlaya bilərik».

 





28.12.2017    çap et  çap et