Zülfiyyə Seyidmuradova dekabrın 28-nə keçən gecə tutulub. Hadisə yerində onunla birgə olmuş Əlizadə Mustafayevə qarşı artıq ittiham irəli sürülüb və hazırda Seyidmuradovaya ittihamın irəli sürülməsi və onlar barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur. Hər iki saxlanılan cinayət əməli törətdiklərini etiraf ediblər.
Avtobus sürücüsünə hücumla bağlı RF Cinayət Məcəlləsinin «xuliqanlıq» maddəsi üzrə cinayət işi başlanıb. Daha əvvəl isə eyni fakt üzrə «adam öldürməyə cəhd» maddəsi ilə iş başlanmışdı. Hazırda bu iki cinayət işi birləşdirilib.