Vaxt.Az

ABŞ-dan Yanukoviçə xəbərdarlıq


 

Bayden Ukrayna prezidentinə dəstək təklif edib

ABŞ-dan Yanukoviçə xəbərdarlıq ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçi xüsusi təyinatlıları küçədən yığışdırmağı və məhbusları azad etməyi tələb edib. Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədəki siyasi böhranın həlli ilə bağlı beynəlxalq dəstəyə qərar verməyə çağırıb.

C.Bayden belə bir təklifi Ukrayna prezidenti ilə telefon danışığı zamanı səsləndirib. O həmçinin siyasi böhranın beynəlxalq hüquq normaları çərçivəsində həllinə çağırıb. Ağ ev, eyni zamanda, xüsusi təyinatlıları küçələrdən yığışdırmaq, məhbusları azad etmək, həmçinin jurnalistlərə və aksiya iştirakçılarına qarşı zor tətbiq edənləri məsuliyyətə cəlb etməklə bağlı açıq mövqeyini ortaya qoyub.

C.Bayden onu da əlavə edib ki, dialoq və kompromis yolu ilə əldə edilən razılıq xalqın hakimiyyətə olan inamını artıra bilər.

 





05.02.2014    çap et  çap et