Politoloq həmçinin bildirib ki, Sergey Markov hakimiyyət içində müəyyən məlumatlara malikdir: «Çünki Rusiya həmsədr ölkələrdən biridir. Digər bir tərəfdən, dünyada və regionda gedən proseslərə və Azərbaycan-Ermənistan arasında gedən danışıqların axarına baxsaq görərik ki, yaxın zamanlarda müharibənin başlayacağı real görünmür». Onun sözlərinə görə, həmsədrlər fevralda, ən gec isə martda prezidentlərin görüşünü təşkil etməyə çalışırlar.
«Başqa bir tərəfdən, hazırda müharibənin başlaması üçün konyuktura yetişməyib. Tərəflərdən heç biri birtərəfli qaydada müharibəyə başlamağa hazır deyil. Ona görə ki, başlayacaq müharibə bir çox region dövlətlərinin maraqlarına toxunacaq» - deyə R,Nurullayev bildirib.