Neft Nyu-Yorkda keçən həftə 3.3 faiz artdıqdan sonra 0.3 faiz də dəyər qazanıb.
«Baker Hughes»ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı üst-üstə iki həftədə dəyişməyərək 747-də qalıb.
Mövzu haqqında məlumata malik bir mənbəyə görə, Liviyada dekabrın 26-da zədələnmiş neft kəmərinin təmiri şənbə günü tamamlanıb və «Es Sider» terminalına neft axını yenidən başlayıb.
Neft 2017-ci ildə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmağa başlaması ilə bahalaşmıdı.
Qərbi Texas nefti («WTI») Nyu-Yorkda «Nymex» birjasında 1.14 sent bahalaşaraq 61.51 dollara, «Brent» nefti, Londonda «ICE Futures Europe» birjasında 24 sent və ya 0.4 faiz qalxaraq 67.72 dollara qalxıb.
Qeyd edək ki, ekspertlər neftin bahalaşmasını həm də İranda baş verən aksiyalarla əlaqələndirir.