Vaxt.Az

Rusiya 6 təyyarə, 2 helikopter itirdi


 

Aerodroma hücum zamanı 10 əsgər yaralanıb

Rusiya 6 təyyarə, 2 helikopter itirdi Rusiyanın Suriyada yerləşən hərbi bazasına hücum olub. Lenta.ru xəbər verir ki, hadisə dekabrın 31 gecəsi baş verib. Müdafiə nazirliyi 3 gün hadisənin təfərrüatlarını mətbuatdan gizlədibmiş.

«Kommersant»ın yazdığına görə, Rusiyanın «Hmeymim» bazasına hücum edən terrorçular Hərbi-hava qüvvələrinə məxsus bir neçə təyyarəni məhv etməyə müvəffəq olublar. Bunu hərbi-diplomatik dairələr də artıq təsdiq edib. Onların sözlərinə görə, minaatanlardan açılan atəş nəticəsində 4 Su-24 cəbhə qırıcısı, 2 Su-35 S çoxhədəfli qırıcı təyyarə və bir An-52 hərbi-nəqliyyat helikopteri vurulub.

Bundan başqa, silahlı şəxslər Rusiyanın hərbi silah anbarını da məhv etməyə nail olublar. Qəzetin verdiyi məlumata əsasən, hadisə zamanı 10 nəfərdən artıq hərbçi yaralanıb.

Terrorçuların fəaliyyətinin icmalı ilə məşğul olan «Directorate» 4 kanalı 31 dekabr-3 yanvar tarixində hansısa qruplaşmanın Rusiya aviabazasına hücum etdiyini boynuna almadığını bildirib.

Xatırladaq ki, bu gün səhər Suriyada, «Hama» aerodromu yaxınlığında Rusiyanın Mi-24 helikopterinin qəza etdiyi barədə xəbər verilib. Helikopterin pilotları yerindəcə həlak olublar.

Rusiya tərəfinin iddiasının əksinə olaraq, terror qruplaşmaları helikopterin onlar tərəfindən vurulduğunu bildiriblər.

 





04.01.2018    çap et  çap et