Vaxt.Az
Ermənistanda yanacaq bahalaşdı
Benzinin və qazın qiyməti 10 faiz, dizeldə isə 7 faiz qalxıb
2018-ci il Ermənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb. Bu barədə Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir. Benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb. Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.Yanacağın qiymətinin artması ölkədə aksiz vergisinin
artırılması ilə əlaqələndirilir. Belə ki, Ermənistanda aksiz qiymətləri min
kubmetr qaz üçün 16 dollardan 52 dollaradək, bir ton neft üçün 52 dollardan 83
dollaradək artıb.
04.01.2018 çap et