Vaxt.Az

Uokerin sərvəti qızına qaldı


 

Mərhum aktyorun atası məhkəməyə müraciət edib

Uokerin sərvəti qızına qaldı 2013-cü il dekabrın 1-də avtomobil qəzasında faciəli şəkildə vəfat edən aktyor Paul Uokerin 25 milyon dollarlıq mirasının sahibi açıqlanıb.

Vaxtsız ölümü ilə pərəstişkarlarını yasa boğan aktyor milyonlarla dollarlıq mal varlığının hamısını qızına qoyubmuş.

Uokerin atası isə həyat yoldaşı Çerilin yetkinlik yaşına çatmayan qızın vəlayətini boynuna götürməsi üçün məhkəməyə müraciət edib. 15 yaşlı Midou Uolker (Meadow Walker) anası Rebekka Soteros ilə birlikdə yaşayır.

Xatırladaq ki, kinosevərlərin çoxseriyalı «Forsaj» çoxserialı filmindən tanıdığı 40 yaşlı Paul Uoker dostunun yüksək sürətlə idarə etdiyi Porsche Carrera GT avtomobilinin ağaca çırpılması nəticəsində həlak olmuşdu. Filmin növbəti seriyasında baş qəhrəmanın rolu mərhum aktyorun kiçik qardaşı 25 yaşlı Keydi Uolkerə (Cady Walker) təklif olunub.

 





05.02.2014    çap et  çap et