O bildirib ki, son hadisələrlə bağlı aparılan ciddi araşdırmalar bu olaylarda keçmiş prezidentin əli olduğunu göstərir.
M.Cəfərinin sözlərinə görə, etirazlar başlamazdan əvvəl M.Əhmədinejad tez-tez hakim dairələri və məhkəmə sistemini kəskin tənqid edib. Bu tənqidlər də onun etirazlara bilavasitə aidiyyəti olduğuna şübhələr yaradıb.
İranlı general bildirib ki, etirazlara qoşulan kütlə İran əleyhinə olan qüvvələr tərəfindən təlimatlandırılıb: «Əgər təhlükəsizlik qüvvələri çevik hərəkət etməsəydi, bu hadisələr daha da şiddətli xarakter alardı».