Həmin istiqamətlərdən husilərin nəzarətində olduğu Taiz və Hodeyda şəhərlərinə silah və digər yardımlar göndərilirdi. Ər-Riyad dəfələrlə yardımların İrandan edildiyini iddia edib.
Həmin istiqamətin nəzarətə götürülməsi üçün xüsusi əməliyyat keçirilib və xeyli husi üsyançısının məhv edildiyi bildirilir.
Xatırladaq ki, husilər Yəməndə 2014-cü ildə üsyan edərək ölkənin xeyli hissəsini ələ keçirib. Onlar prezident Əbd Rabbu Mansur Hadini devirib və keçmiş dövlət başçısı Əli Abdullah Salehlə ittifaqa giriblər. Ötən ilin noyabrında isə üsyançılarla Saleh arasında münaqişə yaşanıb və eks-prezident öldürülüb.