Vaxt.Az

«Özlərini yormasınlar»


 

Paşa Qəlbinur daha 5 illiyə kafedra müdiri seçildi

«Özlərini yormasınlar» Bir müddət öncə Azərbaycan Tibb Universitetində bəzi yaşlı kafedra müdirlərinin yeni simalarla əvəzlənməsi barədə məlumat vermişdik.

Bundan əndişəyə düşən bir sıra kafedra müdirləri universitetin yeni rəhbərliyinə müxtəlif kanallarla yol tapmağa çalışsalar da, əldə etdiyimiz məlumata görə,  rektorun məsələyə reaksiyası onları xeyli məyus edib.

Artıq universitetdə hər kəs bilir ki, yeni rektor Gəray Gərayzadə ilə köhnələrin dili ilə desək, «dədə-baba qaydası» ilə danışmaq mümkün deyil.

Odur ki, yaşlı kafedra müdirlərinin çoxu taleləri ilə barışmalı olublar.

Əldə etdiyimiz məlumata görə, uzun illərdir ki, Oftalmologiya kafedrasının müdiri işləyən Paşa Qəlbinurla bağlı da rəhbərliyin müsbət fikri yoxdur.

Buna səbəb kimi 20 ildən artıq müddətdə bu kafedrada elmi nailiyyətin olmadığı, cəmi 3 nəfərin elmi iş müdafiə etdiyi söylənilir. Onlar da Fiziologiya İnstitutunda N.Məmmədlinin hesabına bu uğuru əldə ediblər. O da iddia olunur ki, Tibb Universitetinin Oftalmologiya kafedrası P.Qəlbinurun az qala ailə biznesinə çevrilib.

Modern.az saytının əməkdaşı iddialarla bağlı kafedra müdirinin özü ilə əlaqə saxlayıb. Paşa Qəlbinur bildirib ki, artıq növbəti 5 il müddətinə də kafedra müdiri seçilib və hazırda da işinin başındadır: «Mənim vəzifədən kənarlaşdırılmağım kimlərinsə marağındadır. Bilmirəm kimdir, amma bildirmək istəyirəm ki, nahaq yerə özlərini yormasınlar. Mən heç narahat deyiləm. Hamının da Yeni ilini təbrik edirəm. Yeni kitablarım, hətta İngiltərədə monoqrafiyam çıxıb. İşlərimə davam edirəm».

 





05.01.2018    çap et  çap et