Kentdəki Müqəddəs Xaç Kilsəsinin keşişi Con Korbin (John Corbyn) elan edib ki, kəbin mərasiminə 20 dəqiqədən artıq gecikən bəy və gəlin 100 funt sterlinq (220 manat) cərimə olunacaqlar.
Keşiş bildirir ki, onun məqsədi evlənənləri cərimə etmək deyil və bu cərimələr kilsədə təmizlik işi görən 20-dək xadiməyə paylanır.
«The Times» yazır ki, indiyədək cərimə olunanların əksəriyyəti kilsədən və keşişin xidmətindən razı qalıblar.
Con ataya gəldikdə isə o, ilk dəfə deyildir ki, xəbər başlıqlarına çıxır.
2003-cü ildə keşiş Korbin demişdi ki, çiyni və sinəsi açıq geyinmiş gəlinlərin kəbinini kəsməyəcək.