Vaxt.Az

377 milyona yaxın idxal


 

Ukraynanın aldiği neftin 85,2 faizi «Azərlayt»ın payına düşür

377 milyona yaxın idxal 2017-ci ildə Azərbaycan Ukraynaya 376,877 milyon dollarlıq neft ixrac edib. Ukrayna KİV-ləri xəbər verir ki, ötən il Ukrayna ümumilikdə 442,219 milyon dollarlıq 1 milyon ton neft idxal edib.

Bu idxalın 376,877 milyon dolları Azərbaycan, 37,707 milyon dolları İran, 17,504 milyon dolları Qazaxıstan, 10,131 milyon dolları isə digər ölkələrin payına düşür. Bildirilir ki, Ukraynanın 2017-ci ilin dekabrında idxal etdiyi neftin böyük hissəsi - 43,510 milyon dolları Azərbaycanın payına düşür.

Qeyd edək ki, 2016-cı ilin sonunda «Ukrtransneft» və «Ukrtatnafta» şirkətləri arasında «Azərlayt» markalı neftin 2017-ci ilin əvvəlindən «Şimal» (Odessa) terminalından «Kremençuqskiy» neft emalı zavoduna nəqli ilə razılıq əldə olunub. 2017-ci ilin martın 10-dan isə Azərbaycan neftinin «Şimal» (Odessa) terminalından «Kremençuqskiy» neft emalı zavoduna nəqlinə başlanılıb.

 





05.01.2018    çap et  çap et