ABŞ Enerji İnformasiya Agentliyinin (EİA) açıqladığı məlumatlara görə, ölkənin gündəlik xam neft hasilatı 20-26 Yanvar tarixlərində, bir əvvəlki həftə ilə müqayisədə orta hesabla 41 min barel artımla 9,92 milyon barelə yüksəlib.
İqtisadçılar bildirirlər ki, qazılan quyuların sayının və neft hasilatının artmasının fevralda da davam etməsi neft qiymətlərini aşağı salacaqdır.
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, «WTI» nefti 83 sent ucuzlaşaraq 64.62 dollara, «Brent» markası isə 89 sent düşərək bareli 67.69 dollara düşüb. Qiymətlər ötən həftə 2.8 faiz geriləyib.