Bu dəyişiklik Seçki Məcəlləsində həyata keçirilib. Belə ki, Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinin əvvəlki variantına əsasən növbədənkənar prezident seçkiləri barədə qərar verilərsə Mərkəzi Seçki Komissiyası (MSK) bu seçkini elan edildikdən sonrakı 3 ay ərzində keçirməliydi. Lakin yeni varianta əsasən bu müddət iki aya (60 gün) endirilir. Yəni indiki halda prezident növbədənkənar seçkilər barədə qərar verərkən həmin dəyişikliyə əsaslanıb.
***
11:10
Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. (AzərTAc)