Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyinin texniki siyasət şöbəsinin müdir müavini, şöbənin Lizinq sektorunun rəhbəridir.
Mübariz Ağayev Səbayel rayon Polis İdarəsinə yazdığı şikayətdə göstərir ki, (ölkə.az) fevralın 7-də Bəxtiyar və Mədinə adlı işçilər onun otağına girərək «səs-küy salıb». Toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə Səbayel RPİ-nin 39-cu polis bölməsinə göndərilib.
Mübariz Ağayev polisə şikayət etdiyini təsdiqləyib: «Otağıma hücum edən şəxslər ana və oğuldurlar, eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım».
M.Ağayev 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından az sonra Ağayev də icra başçısı postunu itirib.