«ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir». «Report» xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya gözlənilən səfərini şərh edərkən deyib.XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir: «Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa, bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq».
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.
çap et