Vaxt.Az

AFFA-dan AFFA-ya şikayət


 

Hüseyn Cəbrayıloğlu: «İntizam Komitəsinin Ramazanov haqqında çıxardığı qərarın belə ağır olacağını gözləmirdik»

AFFA-dan AFFA-ya şikayət Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin bu gün «Xəzər Lənkəran» - «Neftçi» qarşılaşması barədə çıxardığı qərarlar cənub klubunu razı salmayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ANS PRESS-ə verdiyi açıqlamada İntizam Komitəsinin hücumçu Ağabala Ramazanov haqqında çıxardığı qərarın belə ağır olduğunu gözləmədiklərini bildirib: «Ağabala Ramazanov kobud bir hərəkət etməyib. 3 oyunluq cəza çox ağırdır. Biz bu məsələni müzakirə edəcəyik. Bundan sonra qərardan Apelyasiya və Ekspert Komitəsinə şikayət ünvanlayıb unvanlamayacağımız dəqiqləşəcək». 

Qeyd edək ki, Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb. Həmçinin hücumçu etdiyi hərəkətinə görə 2 min manat cərimə ödəməlidir.

 





11.02.2014    çap et  çap et