Dolların ucuzlaşması bu valyuta ilə satılan əmtəələrin bahalaşmasına səbəb olur.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti 62,39 dollardan, «Brent» nefti 65,42 dollardan alıcı tapıb. «Brent» nefti 0,9 faiz bahalaşıb.
Eyni zamanda ABŞ-da qazılan neft quyularının sayı 2018-ci ilin əvvəlindən bu yana 52 ədəd artıb. Lakin bu say ötən ilin eyni dövrü ilə müqayisədə 72 ədəd azdır.
Dünya bazarlarında Azərbaycan nefti də bahalaşıb - 1 barelin qiyməti 0,94 dollar və yaxud 1,44 faiz artıb. «Azeri Light»ın qiyməti 66,21 dollar olub.