General Firuzabadinin belə bəyanatla çıxış etməsinin motivi ötən həbs edilən ekoloqlardan biri Kavus Seyid İmaminin Tehranda həbsxanada ölümü ilə bağlıdır. İran hakimiyyəti ekoloq-alimin «özünü asaraq intihar etdiyini» bildirir, lakin insan haqları fəalları alimin həbsxanada işgəncələrdən öldüyünü bildirir.
Generalın sözlərinə görə, bir neçə il əvvəl İrana Fələstinə yardım toplamaq adı altında adamlar gəlib. Onların pul toplama marşrutu İran xüsusi xidmət orqanlarına şübhəli görünüb. Belə ki, həmin adamlar özləri ilə kərtənkələ və xameleonlar gəzdirərək səhra rayonlarına yollanıblar.
«Biz araşdırdıq ki, bu canlıların dəriləri nüvə şüalanmasına qarşı həssasdır və deməli onlar nüvə reaktorlarının, habelə uran yataqlarının yerlərini müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar casusluq ediblər və bilmək istəyiblər ki, İranda uran yataqları haradadır və biz harada atom fəaliyyəti ilə məşğul oluruq»-İran ordu generalı deyib.
Bəs İran generalının bu bəyanatı nə dərəcədə ağlabatandır, doğrudanmı kərtənkələlər və xameleonlar nüvə şüalanmasına qarşı həssasdır, onlardan casusluq məqsədi ilə istifadə etmək nə dərəcədə ağlabatandır?
Rusiya Elmlər Akademiyasının biorqanik kimya İnstitutunun elmi əməkdaşı, herpetoloq v serpentoloq, Orta Asiya, İran, Əfqanıstanda bir sıra elmi missiyalarda iştirak etmiş Vladislav Starkov «Sputnik»ə açıqlamasında bildirib ki, kərtənkələlərin casusluq məqsədi ilə istifadəsi haqda deyilənlər xeyli sərsəm versiyadır. Çünki İranda kərtənkələlər və xameleonlar uzun yaşamır. İran tropik ölkə deyil, bu qanı soyuq sürünənlər isə əsasən isti yerlərdə çox yaşayır. «Onlar heç cür soyuq uran yataqları ilə maraqlana bilməzlər. Üstəlik kərtənkələlərin və xameleonların dərisində nüvə şüalanmasına qarşı həssas maddə yoxdur, bu versiya absurddur», - rusiyalı alim deyib.
Alimin bildirdiyinə görə kərtənkələdən və ya xameleondan ancaq o zaman casusluq məqsəd ilə istifadə etmək olardı ki, onların dərilərində nüvə şüalanmasını qeydə alan xüsusi vericilər yerləşdirilsin.